...

15 siyasi partiya bir-birinin əleyhinə təbliğat aparmamaq barədə sənəd imzalayacaq

Siyasət Materials 22 Noyabr 2007 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ 15 müxalifətyönlü siyasi partiya bir-birinə qarşı əks-təbliğat aparmamaq barədə öhdəlik götürəcək və sənəd imzalayacaq. Bu barədə cümə axşamı Trend ə Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu məlumat verib.

Onun sözlərinə görə, 15 siyasi partiya rəhbərinin cümə axşamı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında görüşü keçirilib. Tərəflər əməkdaşlıq haqqında və bir-birinin əleyhinə təbliğat aparmamaqla bağlı razılığa gəliblər.

"Tərəqqi" sədrinin sözlərinə görə, bu məsələ ilə bağlı, dekabrda partiyalar arasında anlaşma memorandumu imzalanacaq. Sənədə başqa partiyalar da qoşula bilərlər.

Razılaşmaya hələlik KXCP, Tərəqqi, Böyük Quruluş, Açıq Cəmiyyət, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Demokratiya, Azadlıq partiyaları və "Bizim Azərbaycan" blokuna daxil olan 8 partiya qoşulub.

Xəbər lenti

Xəbər lenti