...

Azərbaycan Prezidenti Iran Islam Respublikasının Islam Şurası Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 23 Noyabr 2007 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Prezident sarayında İran İslam Respublikası parlamentinin - İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adilin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə İran arasında münasibətlərin daim inkişaf etdiyini bildirib. İmzalanmış ikitərəfli sazişlərin bütün sahələrdə münasibətlərimizə güclü təkan verdiyini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif birgə layihələrin uğurla həyata keçirildiyini və bunların xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını vurğulayıb. Dövlət başçısı bu səfərin Azərbaycan-İran parlamentlərarası əlaqələrinin güclənməsinə öz töhfəsini verəcəyinə əminliyini söyləyib.

Qulaməli Həddad Adil Azərbaycana yenidən səfər etməkdən məmnunluğunu bildirib. Qonaq səfər zamanı ona göstərilən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib və bu səfərin iki ölkənin parlamentləri arasında mövcud olan səmərəli əməkdaşlığın daha da genişlənməsinə xidmət edəc əyinə ümidvar olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti