...

Azərbaycan prezidenti Türkiyə və Xorvatiya hökumətləri ilə imzalanmış sənədləri təsdiqləyib

Siyasət Materials 27 Dekabr 2007 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanla Türkiyə arasında 2007-ci il noyabrın 6-da Bakıda imzalanmış aşağıdakı sənədlərin təsdiq edilməsi barədə cümə axşamı sərəncam imzalayıb. Bu sənədlər - Azərbaycan və Türkiyə hökumətləri arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Türkiyənin Qadın və Ailə Məsələləri üzrə Dövlət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumdur. Prezident Azərbaycanla Xorvatiya arasında 2007-ci il oktyabrın 2-də Bakıda imzalanmış sənədləri də təsdiq edib. Bu sənədlər - Azərbaycanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Xorvatiyanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Protokol, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Xorvatiyanın İqtisadiyyat, Əmək və Sahibkarlıq Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum, Azərbaycanın Ticarət və Sənaye Palatası və Xorvatiya İqtisadi Palatası arasında Sazişdir.

Xəbər lenti

Xəbər lenti