...

GUAM-ın XİN rəhbərləri Münhendə qeyri-rəsmi görüş keçirəcəklər

Siyasət Materials 8 Fevral 2008 13:06 (UTC +04:00)
GUAM-ın XİN rəhbərləri Münhendə qeyri-rəsmi görüş keçirəcəklər

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir S.Ağayeva/ "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM"ın XİN rəhbərləri Münhendə qeyri-rəsmi görüş keçirəcəklər. Görüş Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova xarici işlər nazirlərinin bu gün Münhendə başlayan təhlükəsizlik üzrə konfransda iştirakı çərçivəsində keçiriləcək. Bu barədə cümə günü telefonla Azərbaycanın Berlindəki səfirliyindən məlumat verilib.

GUAM ölkələri xarici siyasət idarələrinin rəhbərləri təşkilatın gələcək inkişaf məsələlərini müzakirə edəcəklər.

GUAM-ın formatı 1997-ci ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü ərəfəsində keçmiş Sovet ölkələri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata həmçinin Özbəkistan daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov beynəlxalq konfransda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti