Azərbaycan, Bakı, 22 fevral / Trend ,müxbir B.İsmayılov/ Türkiyənin Antalya şəhərində Türkdilli dövlətlərin Parlamentlərarası Şurasının ilk toplantısı fevralın 21-də işinə başladı. Toplantının ilk günündə şuranın statusunu müəyyən etmək üçün işçi qrup yaradıldı. Bu barədə Trend ə tədbirdə iştirak etmək üçün Antalyaya ezam olunmuş Azərbaycanın Türkiyadakı səfirliyinin əməkdaşı bildirdi.
Onun sözlərinə görə, "hər nümayəndə heyətindən üç nəfər bu qrupa daxil edilib".
"İşçi qrup ilk növbədə yaradılan strukturun statusunu müəyyənəşdirmək üçün müzakirələr aparır. Müzakirələrin nəticəsində qeyri rəsmi bir sənət-rəy qəbul ediləcək, hansı ki toplantının sabahkı iclasında heyətlər arasında geniş müzakirə ediləcək", mənbə bildirdi.
Toplantının ilk günü həm də yeni yaradılan strukturun adı müəyyən edilib. "Bilirsiz ki, buna ya Parlamentlərarası Şura, ya Assambleya, ya Birlik deyilirdi. Bu gün artıq qərara gəlib ki, yeni struktur Türkdilli dövlətlərin Parlamentlərarası Şura olacaq".
O ki qaldı strukturun nizamnaməsinə və digər təşkilatı sənədlərə, müsahibin sözlərinə görə, vaxtın az oldüğüna görə bu və digər məsələlər növbəti toplantılarda müzakirə ediləcək. "Hələlik təşkilatın statusunu təstiqləmək istiqamətində işlər görüləcək. Sabahki iclasdan sonra nümayəndələr məsələni öz ölkələrinin parlamentlərində müzakirə edəcəklər. Novbəti toplantıda müvafiq qarar qəbul edilə bilər", səfirliyin əməkdaşıbildirdi.
Bundan başqa, gündəlikdə duran əsas məsələlər - Şuranın nizamnaməsinin təsdiq olunması, işçi dilinin müəyyən olunması, Şuranın rəsmi adı və loqosunun təsdiq olunması, katibliyinin yaradılması, büdcə və maliyyə problemləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Antalya şəhərində Türkdilli dövlətlərin Parlamentlərarası Şurasının ilk toplantısına Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızıstan ölkələrinin nümayəndə heyətləri qatılmışdır. Toplantı fevralın 22-də işini bitirir.
Bir sıra türkdilli ölkələrin parlamentlərinin üzv olacağı bu Şuranın yaradılmasında məqsəd türkdilli ölkələr arasında Parlamentlər Birliyi şəklində ortaq bir mexanizmin qurulmasına və qarşılıqlı münasibətləri gücləndirərək, siyasi baxışların uyğunlaşdırılmasına, təcrübə mübadiləsinə, birgə layihələrin həyata keçirilməsinə nail olmaqdan ibarətdir.
Toplantıda birinci vitse-spiker Ziyafət Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinə deputatlardan Rafael Cəbrayılov, Əhməd Vəliyev və Milli Məclis rəhbərliyi katibliyinin rəisi Səyyad Ələsgərov daxildir.