...

Estoniya Kosovo probleminə görə Azərbaycanın BMT-dəki təşəbbüsünü dəstəkləməyib – vitse-spiker (video)

Siyasət Materials 1 Aprel 2008 17:03 (UTC +04:00)
Estoniya Kosovo probleminə görə Azərbaycanın BMT-dəki təşəbbüsünü dəstəkləməyib – vitse-spiker (video)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir S.Ağayeva/ Estoniyanın BMT Baş Assambleyasında Azərbaycana dəstək göstərməməsinə dair qərarına Kosovo problemi təsir göstərib. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Estoniya parlamentinin vitse-spikeri Kristina Oyuland bildirib.

"Estoniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında maraqlıdır. Biz hesab edirik ki, bu qərar tərəflərin ikitərəfli razılığı əsasında qəbul olunmalıdır" - deyə o bildirib.

Martın 4-də BMT Baş Assambleyasında qəbul olunan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnamənin müzakirəsi zamanı səsvermədən imtina edən Estoniyanın mövqeyini bu ölkənin vitse-spikeri BMT-də bu məsələ üzrə dinləmələr və Kosovonun müstəqilliyinin elan etməsi ilə, demək olar ki, üst-üstə düşdüyündən, Estoniyanın Avropa ictimaiyyətinin tərəfini saxlamağa məcbur olması ilə izah edib.

Oyuland bildirib ki, bir çox Avropa ölkələri səsvermədən imtina edib. "Estoniyanın mövqeyi Kosovonun dünyada mövcud olan digər münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün presedent ola bilməməsindən ibarətdir. Hər bir hadisə nadirdir və öz həllini tapmalıdır" - deyə o bildirib.

BMT Baş Assambleyası Azərbaycan tərəfindən təqdim olunan "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" Qətnaməni dəstəkləyib. Sənəddə bütün Ermənistan qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması qeyd olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - trend

Xəbər lenti

Xəbər lenti