...

Azərbaycanın XİN başçısı Riqada Latviya baş naziri ilə energetika məsələlərini müzakirə edib

Siyasət Materials 24 Aprel 2008 04:57 (UTC +04:00)
Azərbaycanın XİN başçısı Riqada Latviya baş naziri ilə energetika məsələlərini müzakirə edib

Latviya, Riqa, 23 aprel / Trend xüsusi müxbir M.Uşakova/ Riqada ikigünlük rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov aprelin 23-də Latviyanın baş naziri İvars Qodmanislə iki ölkə arasındakı əməkdaşlığın aktual məsələlərini müzakirə edib. Latviya hökumətinin kommunikasiya departamenti rəhbərinin müavini İze Qreyşkalnanın Trend a verdiyi məlumata görə, Məmmədyarovla Qodmanis ikitərəfli əlaqələrə, iqtisadi əməkdaşlığın aspektlərinə və beynəlxalq siyasətlə bağlı aktual məsələlərə toxunublar.

Tərəflər danışıqlar zamanı energetika məsələlərini dünya və regional kontekstdə nəzərdən keçiriblər, enerji məsələləlrinin alternativ həll yollarını, etibarlı və sabit energetika əməkdaşlığının yaradılması imkanlarını, habelə energetika məsələlərinin dünyada gedən iqtisadi və siyasi proseslərə təsirini müzakirə ediblər.

Energetika və beynəlxalq iqtisadi məsələlərin həlli kontekstində tərəflər həmçinin iki ölkənin Rusiya ilə əməkdaşlıq təcrübəsini müqayisə və müzakirə ediblər.

Danışıqlar zamanı Latviya hökumətinin sədri həmçinin ölkəsinin xalq təsərrüfatı sahəsindəki ikitərəfli əməkdaşlığa töhvə vermək niyyətini ifadə edib. Görüşdə Latviyanın Azərbaycanla maliyyə sahəsindəki əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Öz növbəsində Məmmədyarov Azərbaycanın yüklərin və konteynerlərin daşınması məsələsində Latviya limanlarının infrastrukturlarından istifadə etmək marağını ifadə edib. Habelə Azərbaycanın təhsil sahəsindəki əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib.

Görüşün sonunda Məmmədyarovu Latviya baş nazirini Bakıya səfərə dəvət edib.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti