...

ABŞ-ın Azərbaycandakı səfiri qədim Kiş məbədinə baş çəkib

Siyasət Materials 4 May 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Şəki, 4 may / Trend müxbir E.Quliyev / ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin Şimal-Qərb bölgəsinə səfəri davam edir. Bu gun qədim Kiş məbədində olan səfir Enn Dörsi eyni zamanda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə Kiş kəndində ingilis dilini bitirmiş şagirdlərlə görüşüb. Daha sonra Enn Dörsi Umud Uşaq evi və Uluçay Xeyriyyə Cəmiyyətinə baş çəkib.

Şəki Şəhər Icra Hakimiyyətindən verilən məlumata görə, sabah səfirin Zaqatala və Balakəndə olacaq. Səfirin buradakı azsaylı xalqların nümayəndələri ilə göruşəcəyi planlaşdırılır.

Şəki respublikanın şimal-qərbində, paytaxtdan 352 km məsafədə yerleşir.

Məqalə müəllifi ilə əlaqə ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti