Böyük Britaniya, London, 28 may/ Trend müxbir G.Əhmədova/ York Hersoqu azərbaycanlıları Respublika Günü münasibətilə təbrik edib. Bu barədə Londonda Trend un xüsusi müxbirinə York Hersoqunun mətbuat xidmətinin rəhbəri Ed Perkins bildirib.
"York Hersoqu azərbaycanlıları Respublika Günü münasibətilə təbrik edir və ən xoş arzularını çatdirır. Yorkun Hersoqu şahzadə Endryu (Duke of York) Azərbaycan və Böyük Britaniya arasında olan əlaqələri yüksək qiymətləndirir", - Ed Perkins qeyd edib.
Onun sözlərinə görə, Hersoq bu gunki bayramla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Bu ilki proqramında Azərbaycana səfəri olmasa da şahzadə Endryu gələn il bizim ölkəyə gəlmək arzusundadır", deyə Perkins əlavə edib.
York Hersoqu şahzadə Endryu - kraliçə Elezaveta II ikinci oğludur. O, Böyük Britaniyanın beynəlxalq ticarət və sərmayyə üzrə xüsusi nümayəndəsidir.
Respublika Günü - dövlət müstəqilliyinin bərpa olunması günüdür, 1990-cı ildən dövlət bayramı kimi qeyd edilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]