...

Türkiyədə terrorçuluqda günahlandırılan məhkumlardan biri sərbəst buraxılıb

Siyasət Materials 15 İyul 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir S.İlhamqızı/ İyulun 1-də "Ergenekon" adlı əməliyyat zamanı həbs olunmuş tanınmış simalardan biri - Ankara Ticarət Palatasının rəhbəri Sinan Aygün bu gün sərbəst buraxılıb. Bu barədə Türkiyənin "Cihan" Agentliyi məlumat yayıb.

Aygün bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, heç bir zaman dövlətə qarşı qiyamçı olmayıb və qiyamın da əleyhinədir.

Həbs olunmuş yüksək rütbəli hərbçilərdən biri - ehtiyatda olan general Vəli Küçük bu gün həbsxana hamamında yıxılaraq zədələnib. O, Kocaeli dövlət xəstəxanasına aparılıb.

Türkyədə "Silahlı terror təşkilatı qurmaq və idarə etmək, üzv olmaq", "Zor gücünə xalqı hökumətə qarşı silahlı üsyana təhrik etmək" və digər ittihamlarla günahlandırılan 48 nəfər həbs edilib, 38 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti