...

Polis Azərbaycanın Mərkəzi Seçki Komissiyası qarşısında piket keçirilməsi cəhdinin qarşısını alıb

Siyasət Materials 26 İyul 2008 14:51 (UTC +04:00)
Polis Azərbaycanın Mərkəzi Seçki Komissiyası qarşısında piket keçirilməsi cəhdinin qarşısını alıb

Azərbaycan, Bakı, 26 iyul/ Trend , müxbir C.Babayeva/ Şənbə günü "Hədəf" gənclər koalisiyasının onadək fəalı Azərbaycanın Mərkəzi Seçki Komissiyası qarşısında piket keçirməyə cəhd edib.

Piketçilər azad və demokratik seçkilərin keçirilməsini tələb ediblər. Polis onların cəhdinin qarşısını alıb və koalisiyanın yeddi fəalı saxlanılıb. Etiraz edənlər KİV nümayəndələrinə piketin qətnaməsini verə biliblər. Qətnamədə Seçki Məcəlləsinin dəyişdirilməsi və "Sərbəst toplaşmaq haqqında" Qanuna əməl olunması tələb olunur.

"Hədəf"in sədri Ağasif Şakiroğlu Trend -a bildirib ki, saxlanılan fəallar Səbail rayonu 39-cu polis bölməsinə aparılıblar.

Azərbaycanda prezident seçkisinin oktyabrın 15-də keçirilməsi gözlənilir.

"Hədəf" gənclər koalisiyası cari il iyunun 24-də yaradılıb. Koalisiyada Azərbaycanın yeddi gənclər hərəkatı - Azərbaycan Demokratik Gənclər Hərəkatı, Müstəqil Azərbaycan İctimai Birliyi, "Dirəniş" gənclər hərəkatı, "Gələcək gənclər" İctimai Birliyi, "Gənc fədailər" gənclər hərəkatı, "Azərbaycan naminə" Gənclər Birliyi və "Qurtuluş" gənclər hərəkatı birləşib. Koalisiyanın yaradılmasında məqsəd gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığını artırmaq və qarşıdakı prezident seçkilərində onların fəal iştirakını təmin etməkdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti