...

Azərbaycan seçkiyə hazırlıq çərçivəsində media və sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələlərə diqqət yetirməlidir – Aİ -nin xüsusi nümayəndəsi (video)

Siyasət Materials 1 Avqust 2008 19:15 (UTC +04:00)
Azərbaycan seçkiyə hazırlıq çərçivəsində media və sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələlərə diqqət yetirməlidir – Aİ -nin xüsusi nümayəndəsi (video)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir İ.Əlizadə/ Avropa İttifaqınının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi hesab edir ki, Azərbaycanda oktyabrın 15- də keçiriləcək prezident seçkisinə hazırlıq çərçivəsində, hökumət qanunvericilik, media və sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələlərə diqqət yetirməlidir. "Payızda keçiriləcək prezident seçkisi Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir", - deyə Azərbaycana səfərinin yekunlarına dair cümə günü keçirdiyi mətbuat konfransında Avropa İttifaqınının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku seçkini boykot edəcəyi barədə qərar verib. Vətəndaş Həmrəyliyi, Kommunist, Böyük Quruluş partiyaları seçkidə öz namizədi ilə çıxış etməyəcək. Ümid Partiyasının sədri İqbal Ağazadənin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən rəsmən irəli sürülüb.

Hələ bu ilin əvvəllərindən seçkidə iştirakını bəyan edən Müsavat və Demokrat partiyaları isə, avqustun 2-də seçkidə iştirak edib-etməməklə bağlı yekun qərarlarını açıqlayacaqlar. Hakim Yeni Azərbaycan Partiyası isə, hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir.

Xüsusi nüməyəndə qeyd edib ki, Azərbaycana səfərində əsas məqsəd prezident seçkiləri ilə bağlı məsələləri müzakirə etmək olub. Onun fikrincə, hər bir ölkə üçün seçkilər çox vacib əhəmiyyətə malikdir, xüsusən də, Azərbaycan kimi demokratiya baxımından gənc ölkələr üçün.

"Azərbaycan rəsmiləri ilə prezident seçkisinə hazırlıq, seçiklərin beynəlxalq müşahidəçilər tərəfindən izlənilməsi, Avropa İttifaqının bu seçkilərdə rolu və sərbəst toplaşmaq azadlığı və medianın vəziyyətini müzakirə etdik", - deyə Semnebi glavə edib.

Xüsusi nüməyəndə seçkiqabağı vəziyyəti qiymətləndirmək istəməyib. O qeyd edib ki, seçkilərə qiymət beynəlxalq müşahidəçilər prosesi vəziyyəti öyrəndikdən sonra verəcəklər: "Avropa İttifaqı çox istəyərdi ki, bu qiymət müsbət olsun".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti