...

Sionizm dünyada baş verən bütün pisliklərin mərkəzidir - İran prezidenti

Siyasət Materials 20 Avqust 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend / İran prezidenti Mahmud Əhmədinejad "Sionizmi" hazırkı dövrdə pisliklərin onurğa sütunu və bayraqdarı adlandıraraq bildirib ki, sionizm indiyədək baş vermiş ən qarışıq siyasi və ictimai bir plandır. Bu haqda İranın "Farsnews" agentliyi avqustun 20- də məlumat yayıb.

İran prezidenti Xolokost barəsində bildirib ki, Qərb yazıçılarının yazdığına əsasən, Xolokostu dəstəkləmək sionizmi dəstəkləmək deməkdir.

Əhmədinejad əlavə edib ki, baxmayaraq ki, prosesləri idarə edən sionistlərin sayı azdır, amma elə qarışıq hərəkət edirlər ki, sionizmdən söhbət gedərkən, dünya ictimaiyyəti belə başa düşür ki, Amerika xalqı bütünlüklə hamısı sionistləri dəstəkləyir: "Bu gün Amerikada referendum keçirilsə və sionizmlə bağlı onların rəyi soruşulsa, nəticələr başqa olacaq".

Əhmədinejad bildirib ki, sionistlərin dövrü Allahın köməyi ilə sona çatıb, ABŞ və Avropa başçılarına məsləhət görürük ki, sionistlərə təslim olmasınlar , əks halda zərər çəkəcəklər.

Xəbər lenti

Xəbər lenti