...

RF Cənubi Osetiya və Abxaziya ilə dostluq barədə saziş imzalamağa hazırlaşır – RF XİN-i

Siyasət Materials 12 Sentyabr 2008 17:17 (UTC +04:00)
RF Cənubi Osetiya və Abxaziya ilə dostluq barədə saziş imzalamağa hazırlaşır – RF XİN-i

Rusiya, Moskva, 12 sentyabr / Trend , müxbir R.Ağayev/ Rusiya ilə Abxaziya və Rusiya ilə Cənubi Osetiya arasında dostluq və əməkdaşlığa dair saziş yaxın vaxtlarda, ola bilsin ki, gələn həftənin əvvəlində imzalanacaq. Bu barədə cümə günü Moskvada RF XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko bildirib. "Sənədləri hər iki tərəf hazırlayıb. Texniki işlər qalıb, lakin onlar yüksək səviyyədə imzalanma üçün artıq hazırdır", - deyə Nesterenko bildirib.

Onun sözlərinə görə, hərbi sahədə əməkdaşlıq da nəzərdə tutulub. "Bu sənəd hələ hazırlanır və Abxaziya və Cənubi Osetiya ərazilərindəki vətəndaşların təhlükəsizliyini təmin edəcək", - deyə Nesterenko əçlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti