...

Azərbaycan neftinin qiyməti artıb

Siyasət Materials 15 Sentyabr 2008 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr/ Trend , müxbir A.Bədəlova/ Sentyabrın 12-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $99,33/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən 0,45/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ -dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 12-də$97,82 /barel təşkil edib və bu, əvvəlki qiymətdən $0,53/barel çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 12-də $94,88/barel təşkil edib və bu, əvvəlki qiymətdən $0,25/barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti sentyabrın 12-də $96,65/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $0,37 /barel çoxdur.

Xəbər lenti

Xəbər lenti