...

Azərbaycanın xüsusi rejimli hərbi hissələrində səsvermə üçün məntəqələr yaradılacaq

Siyasət Materials 16 Sentyabr 2008 12:24 (UTC +04:00)
Azərbaycanın xüsusi rejimli hərbi hissələrində səsvermə üçün məntəqələr yaradılacaq

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir S.İsmayılbəyli/ Azərbaycanda xüsusi rejim şəraitində qulluq edən hərbçilər prezident seçkisində öz hərbi hissələrində yaradılacaq məntəqələrdə səs verəcəklər.

"Xüsusi rejim şəraitində olan hərbçilər cəbhə bölgəsində qulluq edənlərdir. Onlar döyüş bölgəsində olduğundan, cəbhə bölgəsində olan hərbi hissələrdə səsvermə təşkil ediləcək", çərşənbə axşamı Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17-də başlayacaq və 28 gün davam edəcək.

Sabiroğlu deyib ki, ümumi rejimdə olan hərbi hissələrdə isə hərbçilər yaxınlıqdakı məntəqələrdə səsvermədə iştirak edəcəklər.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsverməyə ən azı 5 gün qalmış xüsusi rejim şəraitində olan hərbi hissələrdə məntəqələrin yaradılması barədə qərar verəcək.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev çərşənbə axşamı Trend -a bildirib ki, qanunvericilikdə qeyd olunan müddətdə xüsusi rejimli hərbi hissələrdə məntəqələrin yaradılması elan ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti