...

Azərbaycan parlamentinin komissiyası Əfqanıstandakı sülhməramlı kontingentin sayının artırılması haqqında qanun layihəsini təsdiq edib

Siyasət Materials 18 Sentyabr 2008 14:28 (UTC +04:00)
Azərbaycan parlamentinin komissiyası Əfqanıstandakı sülhməramlı kontingentin sayının artırılması haqqında qanun layihəsini təsdiq edib

Azərbaycan, Bakı, 18 sentyabr/ Trend , müxbir E.Abbaslı/ Azərbaycan parlamentinin Təhlükəsizlik və müdafiə komissiyası Əfqanıstandakı sülhməramlıların sayının iki dəfə artırılması haqqında qanun layihəsini təsdiq edib, komissiyanın üzvü Zahid Oruc cümə axşamı Trend -a bildirib.

Azərbaycan prezidenti İlham Əliyev ölkə parlamentinə Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirak edən azərbaycanlı hərbi qulluqçuların sayının bir taqım artırılması haqqında qanun layihəsi təqdim edib.

Orucun sözlərinə görə, qanun layihəsi parlamentin payız sessiyasında müzakirə ediləcək.

1997-ci ildə Azərbaycan Milli Ordusunun tərkibində sülhməramlı dəstə, sonra isə sülhməramlı tabor yaradılıb. İraqdakı Çoxmillətli Qüvvələrin tərkibində Azərbaycan Silahlı Qüvvələrinin 150 əsgəri var və onlardan 34-ü Kosovoda olub. Azərbaycan hərbçiləri diyarın 18 kəndində nəzarət həyata keçiriblər. Kosovoda təxminən 400 azərbaycanlı əsgər xidmət edib. Azərbaycanın Kosovodakı sülhməramlı dəstəsi Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərib.

Əfqanıstandakı Beynəlxalq Qüvvələrin strukturunda 45 azərbaycanlı sülhməramlı hərbçi xidmət göstərir. Onlar Kabil şəhərində post-patrul xidməti həyata keçirirlər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun Trend -a bildirdiyinə görə, qanun layihəsi qəbul edildikdən sonra, Əfqanıstandakı azərbaycanlı sülhməramlıların sayı 90-a çatacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti