...

Dünya vahid mərkəzdən idarə oluna bilməz - rus diplomatı

Siyasət Materials 24 Sentyabr 2008 11:32 (UTC +04:00)

Rusiyanın Türkiyədəki səfiri dünyanın vahid mərkəzdən idarə olunmasına qarşı çıxış edib. Bu haqda Haber10 agentliyi məlumat verib.

Rusiyanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Vladimir İvanovski ABŞ-dakı böhranın dünya ölkələrinin iqtisadiyyatına təsirini azaltmaq üçün çöxqütblü dünyanın vacib olduğunu bildirib. "ABŞ-dakı böhran göstərir ki, dünyanın tək lideri ola bilməz. Əgər Amerika iqtisadiyyatı uçuruma gedirsə, digər dövlətlər də onun arxasınca getməməlidir", - deyə rus diplomatı bildirib. ABŞ-dakı iqtisadi və maliyyə böhranının Rusiyaya təsiri və Türkiyəyə satılan rus qazının qiymətinin artacağı haqqında suallara cavab verən İvanovski təbii qazın qiymətini nizamlayan bir sistemin olduğunu və bu qiymətlərin neftin qiymətindəki dəyişikliklərlə əlaqəli olduğunu bildirib. "Təbii qazın qiymətlərini nizamlayan sistem var. Qazın qiymətləri neftin qiymətinə bağlıdır", - deyə İvanovski bildirib.

Xəbər lenti

Xəbər lenti