...

Azərbaycanda düzgün və ədalətli prezident seçkisinin keçirilməsi üçün bütün şərait yaradılıb - MDB missiyası

Siyasət Materials 6 Oktyabr 2008 19:46 (UTC +04:00)
Azərbaycanda düzgün və ədalətli prezident seçkisinin keçirilməsi üçün bütün şərait yaradılıb - MDB missiyası

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir R.Novruzov/ MDB Müşahidəçilər Missiyasının ilkin qiymətləndirməsinə görə, Azərbaycanda düzgün və ədalətli prezident seçkisinin keçirilməsi üçün bütün şərait yaradılıb.

їPrezidentliyə namizədlərin təbliğat kampaniyası yaxşı şəraitdə keçirilir və bütün namizədlərin təbliğat kampaniyalarını aparmalarına bərabər şərait yaradılıbї, - bazar ertəsi Bakıda jurnalistlərə MDB Müşahidəçilər Missiyasının rəhbəri Yevgeni Sloboda deyib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

MDB Müşahidəçilər Missiyası 389 müşahidəçidən ibarətdir. Onlardan 23 -ü uzunmüddətli əsasdadır.

Slobodanın sözlərinə görə, prezidentliyə namizədlər özləri də onlar üçün bütün şəraitin yaradılmasını bəyan ediblər.

MDB Müşahidəçilər Missiyası seçki məntəqələrində ciddi pozuntular aşkar etməyib, - Sloboda qeyd edib. їMərkəzi Seçki Komissiyası yanında şikayətlər üzrə komissiya bütün şikayətlərə baxacaq və məhkəmədə bizi əmin ediblər ki, bütün şikayətlərə vaxtında baxılacaqї, - o vurğulayıb.

MDB Müşahidəçilər Missiyasının rəhbəri Sergey Lebedevin Azərbaycana səfərində o, paytaxt və regionlardakı seçki məntəqələrinə baş çəkəcək. їSeçki günü Lebedev ATƏT-in Müşahidəçilər Missiyasının rəhbəri Boris Firleslə görüşəcək və onlar məlumat mübadiləsi edəcəklərї, - Sloboda bildirib.

Onun sözlərinə görə, missiya oktyabrın 9 -10 - da Azərbaycan Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti