...

Azərbaycan Prezidenti Ilham Əliyev Türkiyə Baş Nazirinin müavini Cəmil Çiçəyi qəbul etmişdir

Siyasət Materials 25 Oktyabr 2008 04:44 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Türkiyə Respublikası Baş nazirinin müavini Cəmil Çiçəyi qəbul etmişdir.
Cəmil Çiçək Prezident seçilməsi münasibətilə dövlətimizin başçısına Türkiyə Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın və ümumən türk xalqının təbriklərini çatdırdı. O, belə bir fərəhli gündə - andiçmə mərasimində ölkəsinin təmsilçisi kimi iştirak etməkdən məmnunluğunu söylədi. Baş nazirin müavini Türkiyənin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə Azərbaycanın dəstək verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Cəmil Çiçək Türkiyə Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, TBMM-in sədri Köksal Toptanın təbrik məktublarını dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülün, Baş nazir Rəcəb Tayyib Ərdoğanın, Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın təbriklərinə görə minnətdarlığını bildirdi, özünün də ən xoş arzularını onlara və dost, qardaş türk xalqına çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Türkiyənin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini əlamətdar hadisə kimi qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti