Gürcüstan, Tbilisi, 10 noyabr / Trend , müxbir N.Kirtsxalia/ "Biz Rusiya ilə dialoqun bərpası barədə düşünən Avropa ölkələrinin mövqeyini bölüşə bilmərik" - parlamentin xarici əlaqələr üzrə komitə rəhbərinin birinci müavini İrakli Kavtaradze belə deyib.
Onun fikrincə, işğalçı qoşunların hələ də Gürcüstanda qaldığı vaxtda gürcü tərəfi Rusiya ilə münasibətlərin bərpası barədə düşünən ölkələrin mövqeyini bölüşə bilməz. Deputatın sözlərinə görə, Avropada bu məsələ ilə bağlı yekdil mövqe yoxdur. "Rusiyanın atəşkəsin dayandırılması ilə bağlı altıbəndlik sazişə əməd etməməsindən çıxış edərək, dialoqun bərpasının qəti əlehdarı olan ölkələr var" - Kavtaradze deyib.
AB ölkələri Rusiyanın Gürcüstanın daxili münaqişəsinə hərbi müdaxiləsindən sonra bu ölkə ilə münasibətləri dayandırıblar. Fransa və Almaniya isə, danışıqların təxirəsalınmadan bərpasını tələb edir.
Bu gün Avropa ölkələrinin xarici işlər nazirləri bu məsələni müzakirə etmək üçün Brüsseldə toplanacaqlar.
Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]