...

Gürcüstan və Fransa hərbi idarələri arasında 2009-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Siyasət Materials 29 Noyabr 2008 13:16 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan və Fransa hərbi idarələri arasında 2009-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb. Gürcüstan Müdafiə Nazirliyindən verilən xəbərə görə, saziş Fransa Müdafiə Nazirliyi nümayəndə heyətinin Gürcüstana səfəri zamanı baş tutub.

Altı nəfərdən ibarət nümayəndə heyətinə Fransa SQ-nin Avroatlantik departamentinin rəisi, briqada generalı Antuan Kre başçılıq edib. Fransa SQ-nin nümayəndələri Gürcüstan müdafiə nazirinin birinci müavini Batu Kuteliya ilə görüşüblər. Görüşdə son vaxtlar Gürcüstanda baş verən hadisələr və NATO-ya inteqrasiya məsələəri müzakirə edilib.

Görüşün ikinci yarısı tam olaraq Fransa və Gürcüstan arasında hərbi əməkdaşlıq planının müzakirəsinə ayrılıb. Görüşdə Gürcüstan tərəfini Beynəlxalq Münasibətlər və Avroatlantik İnteqrasiya Departamentinin rəisi Nino Bakradze və Birləşmiş Qərargahın Strateji Planlaşdırma və Hərbi Siyasət Departamentinin rəis müavini  Levan Sixarulidze təmsil edib.

İkitərəfli əməkdaşlıq planı imzalandıqdan sonra fransalı qonaqlar Saçxeredə dağ hazırlığı məktəbini ziyarət edib və tədris müəssisəsinin iş prosesi ilə tanış olublar.

Müəllifl əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti