...

Gürcüstanın Baş naziri Ermənistanın "Noraşen" kilsəsi ilə bağlı məsələni siyasiləşdirməyəcəyinə ümid edir

Siyasət Materials 9 Dekabr 2008 16:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Baş naziri ümid edir ki, Tbilisidə mübahisəli "Noraşen" kilsəsi ətrafındakı münaqişə tez bir zamanda həllini tapacaq. "Bunun üçün hər iki kilsə nümayəndələrinin, eləcə də Gürcüstan və Ermənistan ictimaiyyətinin görkəmli nümayəndələrinin daxil olacağı xüsusi komissiya yaradılıb", - Qriqol Mqaloblişvili Tbilisidə erməni həmkarı Tiqran Sarkisyanla birgə mətbuat konfransında bildirib. "Bizim qardaş münasibətlərimiz çoxəsrlik tarixə malikdir və ümid edirəm ki, bu problem siyasiləşdirilməyəcək", - o qeyd edib.

Sarkisyan bu məsələ ilə bağlı şərh verməməyi üstün tutub. Erməni tərəfi yenidən Tbilisinin mərkəzində yerləşən "Noraşen" kilsəsinin ona qaytarılması barədə məsələ qaldırıb. Yerevanda hətta Tbilisidəki "erməni xalqının ziyarətgahını ermənilərə qaytarmaq" tələbi ilə etiraz aksiyası da keçirilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti