Şimali Kipr Türk Respublikasında helikopter qəzaya uğrayıb. Bu barədə Türkiyənin "Timeturk" informasiya agentliyi məlumat verib.
Şimali Kipr Kənd Təsərrüfatı Nazirliyinin əkin sahələrini dərmanlamaq üçün Fransadan kirayəyə götürdüyü helikopterin qəzaya uğrama səbəbi helikopterin quyruq hissəsinin elektrik naqillərinə ilişməsi olub. Helikopterin quyruq hissəsinin qopduğu bildirilir.