...

İran İsrail rəsmilərini beynəlxalq məhkəmələrə verməyə hazırlaşır

Siyasət Materials 29 Dekabr 2008 12:48 (UTC +04:00)

İran, Tehran, 29 dekabr / Trend , müxbir A.Namdari/  İranın Nazirlər Kabineti bazar günü keçirdiyi iclasında Qəzzədəki son vəziyyəti müzakirə edib. İranın Nazirlər Kabinetinin qərarına əsasən, İranın tanınmış hüquqşünaslarından  ibarət  qrup İran məhkəmələrində, eləcə də beynəlxalq məhkəmələrdə  İsrail rəsmilərinə qarşı iddia qaldıracaq. Iranın Nazirlər Kabineti və İran prezidenti müxtəlif ölkələrin başçılarına məktubla   müraciət ediblər.

İclasda Qəzzə əhalisinə maddi və mənəvi dəstək məqsədilə İran rəsmilərindən ibarət qrup təşkil olunub. Qrupa İranın xarici işlər naziri  rəhbərlik edəcək. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti