...

Azərbaycan Dövlət Neft Şirkətinə məxsus anbarda partlayış olub, xəsarət alanlar var

Siyasət Materials 15 Yanvar 2009 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir S. Kazımlı / Azərbaycan Dövlət Neft Şirkətinə məxsus İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin anbarında partlayış baş verib. Hadisənin təbbi qaz sızmasından baş verdiyi bildirilir, cümə axşamı Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

DİN-dən verilən məlumata görə, yanvarın 14-də saat 10.10 radələrində Səbail rayonundakı Dəniz küçəsində yerləşən Azərbaycan Dövlət Neft Şirkətinə məxsus İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin anbarında təbii qazın sızmasından partlayış baş verib. Nəticədə anbarın arakəsmə divarı dağılıb, 4 kvm. sahədə olan əşyalar yanıb.

Partlayışdan xəsarət alan fəhlələr Əliyev İlham, Hacıməmmədov Lazer, Camalov Seyfəddin, İsmayılov İbad, Əliyev Ağası, Kazımov Samir, habelə şok vəziyyətində olan Əliyeva Mənsurə xəstəxanaya yerləşdirilib. Araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti