...

Rus hərbçi Gürcüstandan siyasi sığınacaq istəyir

Siyasət Materials 27 Yanvar 2009 16:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 yanvar / Trend , müxbir N.Kirtsxaliya/ Cənubi Osetiyanın Axalqor bölgəsindən fərarilik etmiş rus hərbçi Gürcüstan prezidentindən ona siyasi sığınacaq verilməsini xahiş edir. Rus ordusunun kiçik çavuşu Aleksandr Qluxovun müraciəti bu gün gürcü telekanalları vasitəsilə  verilib.

Qluxovun sözlərinə görə, o, Cənubi Osetiya ərazisində yerləşmiş rus hərbçilərinə yaradılmış çətin şəraitə dözə bilməyib. "Gürcüstan prezidentinin mənə sığınacaq verməsini xahiş edirəm. Mən artıq rus əsgərlərinin burada yaşadığı çətinliklərə dözə bilmirəm. Ümid edirəm ki, bu sığınacaq mənə veriləcək", - kiçik çavuş bildirib.

Qluxov bugünlərdə gürcü polisinə təslim olub və Tbilisiyə gətirilib. O, etiraf edib ki, gürcü - osetin münaqişə zonasına hələ ötən ilin avqustunda gətirilib. Sonradan onun hərbi hissəsi əvvəllər Tsxinvalinin yurisdiksiyasına daxil olmayan Axalqoriyə köçürülüb. Ancaq indi orada Cənubi Osetiyadan olan separatçılar və rus qoşunları yerləşib. Rus hüquq - müdafiə orqanları dəfələrlə Cənubi Osetiyadakı hərbçilərin çətin durumu haqda məlumat veriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti