...

Gürcüstan XİN ATƏT missiyasının mandatının uzadılmasını yaxşı qarşılayıb

Siyasət Materials 13 Fevral 2009 15:03 (UTC +04:00)

Gürcüstan, Тbilisi, 13 fevral / Trend , müxbir N.Кirsxalia/ Gürcüstan XİN ATƏT missiyasının mandatının uzadılmasını yaxşı qarşılayıb. Bu haqda Gürcüstan XİN-in verdiyi açıqlamada bildirilib.

"Güman edirik ki, ATƏT-in Daimi Şurası tərəfindən qəbul edilən qanun Gürcüstan ərazisində daha 80 ATƏT müşahidəçisinin yerləşdirilməsini nəzərdə tutan 861 saylı qərarın bütün tələblərinin tam şəkildə icrasına kömək edəcək", - Xarici Siyasət İdarəsinin verdiyi açıqlamada qeyd olunub.

ATƏT Daimi Şurasının qərarına əsasən, fevralın 12-dən Gürcüstandakı ATƏT missiyasının mandatı iyunun 30-na qədər uzadılıb.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti