Azərbaycanın dövlət başçısı İlham Əliyev şənbə günü Litvanın prezidenti Valdas Adamkusu ölkənin milli bayramı - Litva dövlətinin bərpası günü münasibətilə təbrik edib, - məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb. Təbrik məktubunda Prezident Azərbaycan və Litva arasında ölkə və xalqların mənafelərinə uyğun olaraq işbirliyinin möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda atılan addımların və qarşılıqlı səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini vurğulayıb. |
Dövlət başçısı dost Litva xalqına əmin-amanlıq və firavanlıq diləyib.