...

Türkiyə və Gürcüstan arasında viza rejiminin sərtləşməsi ölkələr arasında olan əlaqələrə təsir etməyəcək – Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze

Siyasət Materials 17 Fevral 2009 09:00 (UTC +04:00)
Türkiyə və Gürcüstan arasında viza rejiminin sərtləşməsi ölkələr arasında olan əlaqələrə təsir etməyəcək – Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze

Azərbaycan, Bakı, 16 fevral / Trend , E. Tarıverdiyeva/ Türkiyə və Gürcüstan arasında viza rejiminin sərtləşməsi ölkələr arasında olan əlaqələrə təsir etməyəcək, çox güman ki, əhalinin müəyyən hissəsində özünü göstərəcək. Bu barədə telefon vasitəsi ilə Trend -a Gürcüstanın sabiq prezidenti Eduard Şevarnadze bildirib.

Keçən həftə Ukrayna və Türkiyə Gürcüstan ilə viza rejiminə yenidən baxmaq istədiklərini bildiriblər. Gürcüstan XİN rəhbərinin müavini David Calaqaniyanın sözlərinə görə, Türkiyə öz keçid sərhədlərində NBM rejiminə yenidən baxır.

"Viza rejiminin sərtləşməsi ölkələr arasında olan əlaqələrə təsir etməyəcək, çox güman ki, əhalinin müəyyən hissəsində özünü göstərəcək və bu da Gürcüstan üçün böyük bir faciə deyil", - Şevarnadze bildirib. Onun sözlərinə görə, buna baxmayaraq Türkiyə və Gürcüstan arasındakı əlaqələr ənənəvi olaraq yaxşı səviyədədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:

[email protected]

Xəbər lenti

Xəbər lenti