...

Azərbaycan dünya maliyyə böhranından ləyaqətlə çıxacaq və dayanıqlı inkişafını davam etdirəcək – prezident İlham Əliyev

Siyasət Materials 18 Fevral 2009 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir C.Babyeva/ "Azərbaycan dünya maliyyə böhranından ləyaqətlə çıxacaq və dayanıqlı inkişafını davam etdirəcək", - çərşənbə günü, Bakının 2009-cu il İslam mədəniyyətinin paytaxtı elan olunması mərasimində Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Istənilən böhrandan çıxmaq üçün iradə və düşünülmüş siyasət lazımdır. Biz bunu Azərbaycanda görürük. Aparıcı maliyyə təşkilatları bəyan edirlər ki, Azərbaycan maliyyə böhranına qarşı hazırdır. Azərbaycanın bu hazırlığı düşünülmüş siyasət sayəsində mümkün olub. Humanitar və mədəniyyət sahələrinə ayrılmış vəsaitlər azaldılmayacaq", - dövlət başçısı deyib.

Prezidentin sözlərinə görə, dünya maliyyə böhranı bütün dünyada geniş yayılıb. İnkişaf etmiş ölkələr bu böhrandan ciddi zərər görüblər.

"Böhran özünün iqtisadi çətinliklərinə malikdir və onlar qaçılmazdır", - Azərbaycan prezidenti əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti