...

Azərbaycanın müxalifət partiyası yeni formatda iqtidar-müxalifət dialoqunun başlanması təklifi ilə çıxış edib

Siyasət Materials 3 Mart 2009 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) yeni formatda iqtidar-müxalifət dialoqunun başlanması təklifi ilə çıxış edib.

"Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəlik götürən müxalifət partiyaları ilə iqtidar arasında münaqişənin həllinə dair yeni formatda dialoqun başlanması vacibdir", - çərşənbə axşamı Trend -a AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov məlumat verib.

Trend -un arayışı: Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəlik götürüb. Öhdəliklərə dair sənədə Azərbaycan rəhbərliyi ilə yanaşı, müxalifəti təmsil edən Azərbaycan Xalq Cəbhəsi, Milli İstiqlal, Müsavat, Azərbaycan Demokrat və Azərbacyan Liberal partiyalarının rəhbərləri də imza atıblar.

Orucov deyib ki, yeni formatda dialoqun başlanması üçün AMİP sənədə imza atan müxlaifət partiyalarına müraciət ünvanlayacaq. "Dağlıq Qarabağın sülh yolu ilə həllinə dair birgə məsləhətləşmələrin aparılması ümumi işə müsbət təsir edər", - Orucov əlavə edib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti