...

İran İraqın ECO-da üzv olmasını dəstəkləyir - İran XİN rəhbəri

Siyasət Materials 9 Mart 2009 14:17 (UTC +04:00)
İran İraqın ECO-da üzv olmasını dəstəkləyir - İran XİN rəhbəri

"İran İraqın ECO (Economic Coorporation Organisation) təşkilatına üzv olmasını dəstəkləyir", - İran XİN rəhbəri Mənuçehr Müttəki ECO-nun xarici işlər nazirləri səviyyəsində Tehranda keçirilən 18-ci iclasında bildirib. İranın xarici işlər naziri Müttəki iclasdakı çıxışında bildirib ki, ECO yeni bir təşkilat olmasına baxmayaraq, regondakı ölkələr arasında əlaqələrin genişlənməsi və möhkəmlənməsinə səbəb olub. Bu barədə bu gün Mehr Agentliyi məlumat verib.

Müttəki bildirib ki, beynəlxalq maliyyə böhranından yaranmış iqtisadi problemlərə inkişaf üçün yaranmış bir fürsət kimi baxmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti