...

MDB bir sıra problemləri həll etməsə də, onu dəfn etmək hələ tezdir – Qazaxıstan prezidenti

Siyasət Materials 10 Mart 2009 15:29 (UTC +04:00)
MDB bir sıra problemləri həll etməsə də, onu dəfn etmək hələ tezdir – Qazaxıstan prezidenti

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hesab edir ki, Avrasiya İqtisadi Cəmiyyəti (AİC) postsovet məkanında ən prespektivli inteqrasiya təşkilatı olsa da, MDB-nin süqutu barədə danışmaq hələ tezdir. 

"Hamı MDB-dən danışır, hər dəfə də MDB-ni dəfn edirlər. Təəssüf ki, MDB bu illər ərzində təşkilatın daxilində olan kəskin münaqişələri həll edə bilmədi", - RİA Novosti-nin verdiyi xəbərə görə, Astana universitetlərinin Avrasiya Assosiasiyasının XI qurultayında Nazarbayev deyib.

"Qafqazda, Dnestryanı ərazilərdə bir sıra məsələlər var, Azərbaycan və Ermənistan arasında dondurulmuş münaqişə mövcuddur. Biz (MDB) onları həll edə bilmədik. Lakin miqrasiya siyasəti, ümumi nəqliyyat siyasəti, ümumi energetika kimi məsələlərdə ortaq məxrəcə gələ bilmişik", - Nazarbayev qeyd edib.  

Avrasiya İqtisadi Cəmiyyəti haqqında danışan Nazarbayev deyib ki, hazırda sözügedən beynəlxalq inteqrasiya strukturu regional Avrsiya birlikləri arasında ən prespektivlidir.

Qazaxıstan prezidentinin dəyərləndirməsinə əsasən, AİC çərçivəsində təşkilata üzv ölkələrin qarşılıqlı mal dövriyyəsini artırmağa şərait yaradan azad iqtisadi rejim formalaşıb və ölkələr arasında mal dövriyyəsinin həcmi 3,5 dəfə artıb.

Nazarbayev sonda qeyd edib ki, qarşılıqlı yatırımların həcmi də 5 dəfə artıb və maliyyə inteqrasiyasının real mexanizmləri müzakirə edilərək, konkret iqtisadi layihələr həyata keçirilir.   

Xəbər lenti

Xəbər lenti