...

Avropa Birliyi ölkələrinin Azərbaycandakı səfirləri ölkənin müxalifət partiyalarının sədrləri ilə referendumqabağı ictimai-siyasi vəziyyəti müzakirə ediblər

Siyasət Materials 12 Mart 2009 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir C.Babayeva /  

Avropa Birliyinə daxil olan ölkələrin Azərbaycandakı səfirləri cümə axşamı ölkənin müxalifət partiyalarının sədrləri ilə referenduma hazırlıq prosesi ilə əlaqədar Azərbaycanda yaranmış ictimmai-siyasi vəziyyəti müzakirə ediblər.

Görüş referendum üzrə müxalifət partiyalarının "Qarabağ və Respublika Uğrunda Hərəkat"ının təşəbbüsü ilə Sülh və Demokratiya İnstitutunda (SDİ) baş tutub. Müsavat Partiyasının "Respublikaçılar" təşəbbüs qrupu da görüşə qatılıb, SDİ-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. 

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

"Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə" və "Zəka" təşəbbüs qrupları referendumun lehinə, "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları əleyhinə təbliğat aparırlar.  "Qarabağ və Respublika Uğrunda Hərəkat"a Azadlıq blokunda təmsil olunan üç müxalifət partiyası (Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Liberal və Vətəndaş və İnkişaf partiyaları), Azərbaycan Demokrat Partiyası, Müsavat, Ümid partiyaları daxildir. "Qarabağ və Respublika Uğrunda Hərəkat" martın 10-da referendumu boykot etmək qərarına gəlib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

MSK-da ölkə üzrə 2149 yerli müşahidəçi, 132 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Almaniyanın Azərbaycandakı səfiri Per Stankina jurnalistlərə müxalifət partiyaları ilə görüşdə referendumun əsas müzakirə mövzusu olduğunu deyib. Səfir görüş haqqında ətraflı məlumat verməyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti