ABŞ prezidentinin Türkiyəyə səfəri Ankara və İrəvanla münasibətlərin bərpasının müzakirəsinə istiqamətlənməyib – ekspertlər

ABŞ prezidentinin Türkiyəyə səfəri Ankara və İrəvanla münasibətlərin bərpasının müzakirəsinə istiqamətlənməyib – ekspertlər

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir E.Tariverdiyeva/ "ABŞ Prezidentinin Türkiyəyə səfəri Ankara və İrəvanla münasibətlərin qurulması və sərhədlərin açılmasına deyil, Vaşinqtonun özü ilə Ankara arasındakı münasibətləri yaxşılaşdırmaq məqsədi daşıyır", - ekspertlər hesab edir.
"Bu mərhələdə ABŞ-ın Türkiyəyə Ermənistan və Kiprlə münasibətlər kimi məsələlərdə təzyiq göstərəcəyi inandırıcı görünmür, - Türkiyə üzrə aparıcı avropalı ekspert Ceyms Ker-Lindsey hesab edir. - Əksinə, səfərin məqsədi Buş Administrasiyası zamanı xeyli korlanmış münasibətlərin bərpası olacaq".
Türkiyə, Barak Obamanın Avropa ölkələri üzrə turnesinin son dayanacağı və ABŞ Prezidenti kimi gəldiyi ilk müsəlman ölkəsidir. Prezident Obamanın Türkiyəyə səfəri aprelin 6-7-da gözlənilir.
"Amerika prezidentinin Türkiyəyə səfərinə fəal şəkildə hazırlaşan ABŞ-ın erməni lobbisinin nümayəndələri hesab edir ki, bu səfərin mümkün nəticəsi kimi Türkiyə-Ermənistan sərhədinin açılması ola bilər", - RİA Novosti agentliyi xəbər verir. Bir sıra analitiklərin fikrincə, bu addım nəinki iki ölkə, həmçinin regionun bütün ölkələri arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı ola bilər.
Türkiyə Ermənistanla hələ 1993-cü ildə kəsilmiş münasibətləri normallaşdırmağa çalışır. Türkiyə Prezidenti Abdulla Gül Ermənistan Prezidenti Serj Sarkisyanın İrəvana, Ermənistan və Türkiyə milli komandaları arasında Dünya çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində, sentyabrın 6-da baş tutmuş futbol matçına gəlmək təklifini qəbul edib. Bu səfərdən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda diplomatik səylər davam etdirilir.
Diplomatik münasibətlərin dayandırılmasında səbəblər İrəvan tərəfindən başlanılmış uydurma "söyqırım"ın tanınması ilə bağlı anti-türk kampaniyası və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunmasıdır.
"Obamanın Türkiyəyə səfərini bu ölkənin ABŞ tərəfindən strateji rayonda vacib regional oyunçu kimi şərhsiz tanınması kimi də nəzərdən keçirmək olar", - analitiklər hesab edir. Müşahidəçilər səfərin gedişində müzakirə ediləcək məsələlərdə əsas olaraq türk-erməni münasibətlərinin qoyulacağına şübhə edir.
"Obama ABŞ-ın ən vacib regional və beynəlxalq tərəfdaşlarından biri kimi, xüsusilə də onun İslam Komfransı Təşkilatında (İKT) aparıcı rolu kontekstində Türkiyənin rolunu gücləndirməyə can atacaq", - Ker-Lindsey hesab edir.
"Obamanın Türkiyəyə səfərinin əsas məqsədi hakimiyyətdə olduğu ilk yüz gün ərzində müsəlman dövlətinə səfər etməkdir. Bu səbəbdən də mən hesab edirəm ki, bu mərhələdə mübahisəli məsələlərə toxunulmayacaq", - Trend -a London iqtisadiyyat və siyasət elmləri məktəbinin Avropa institunun aparıcı eksperti Ker-Lindsey deyib.
Türkiyə üzrə Avropalı ekspert Dmitris Tsarouxas da səfərin gedişində erməni-türk sərhədinin müzakirə ediləcəyinə şübhə ilə yanaşır. "Düşünmürəm ki, Obamanın səfəri zamanı erməni-türk münasibətləri Ankarada müzakirə olunacaq birinci məsələ olacaq", - Trend -a elektron poçtla Bilkent Universitetinin (Ankara) beynəlxalq münasibətlər bölməsinin professoru Tsarouxas deyib.
Azərbaycanlı politoloq Tofiq Abbasovun fikrincə, türk-amerikan dialoqunda qoşunların İraqdan çıxarılması, Əfqanıstan, Yaxın Şərq münaqişəsinin həlli problemləri, Türkiyə-İsrail münasibətlərinə düzəliş verilməsi, həmçinin Ankara və Moskvanı birləşdirən oxun konseptual köklənməsi müzakirə olunacaq.
"Türkiyə və Ermənistan sərhədlərinin açılması məsələsinə gəlincə, bu, artıq həll olunmuş məsələdir. Onsuz da lazım olan istiqamətdə gedən "topu itələmək" Obamanın nəyinə lazımdır?!", - Trend -a Lider Media-Holdinqin analitik qrupunun eksperti Abbasov bildirib.
Ancaq tükr ekspertin fikrincə, məhz bu səfər erməni-türk sərhədinin açılışını fəallaşdıra bilər. "Obamanın səfərindən sonra erməni-türk sərhədinin açılışı sürpriz sayılmamalıdır", - Sinan Oğan hesab edir.
"Mən hesab edirəm ki, Obamanın səfərindən sonra sərhədin açılması ehtimalı yüksələcək", - Trend -a "Türksam" strateji tədqiqatlar mərkəzinin direktoru Оğan deyib.
Prezident Obama hazırda seçim qarşısındadır: bir tərəfdən Türkiyə kimi strateji tərəfdaşı itirmək istəmir, digər tərəfdən o, seçkiqabağı "soyqırım"ı tanımaq vədini yerinə yetirməlidir", - Oğan hesab edir.
"Əminəm ki, sərhəd ən yaxın müddətdə, bəlkə də elə bu ay açılacaq", - o, deyib.
Analitiklərin fikrincə, Prezident Obama daha bir mübahisəli məsələdən - ABŞ tərəfindən ermənilərin "soyqırım"ı faktından qaçmağa çalışacaq.
Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib. Bu faktın dünyada tanınmasını istəyən ermənilər "soyqırım" adlandırılan bir şeyin başqa ölkələrdəki təbliğatını gücləndirərək, bir neçə dövlətin parlamentində onun tanınmasına nail olub. "Soyqırım"ın ildönümü münasibətilə apreldə erməni lobbisinin dünya ölkələrinin parlamentlərindəki, xüsusilə də ABŞ Konqresindəki fəaliyyətini gücləndirəcəyi gözlənilir.
"Ermənilərin "soyqırım"ının tanınması böyük diqqət cəlb edən məsələlərdən biridir", - Ker-Lindsey hesab edir. "Məncə bu mərhələdə bu məsələdən qaçmaq üçün bütün səylərə əl atılacaq", - o, bildirib.
Obama seçkiqabağı kampaniyası zamanı ermənilərin "soyqırım"ı faktını tanımağa hazır olduğunu dəfələrlə qeyd edib.
"Ancaq indi, Obama hakimiyyətdədir və İslam dünyasında əsas oyunçu kimi Türkiyə ilə əlaqələrə xüsusi diqqət yetirməlidir", - Ker-Lindsey hesab edir. Ekspertin fikrincə, yəqin ki, o, oz mövqeyinə yenidən baxacaq və Türkiyə ilə münasibətlərə "soyqırım"ın tanınmasından daha yüksək vaciblik dərəcəsi ilə yanaşacaq.
"Məncə Türkiyə hökuməti tanınma ilə bağlı narazılığını prezident və yüksək vəzifəli şəxslərlə görüşlərdə aydın nümayiş etdirəcək", - Ker-Lindsey bidlrib.
Tsarouxasın fikrincə, Obama Administrasiyası bu imkandan yararlanaraq özünün erməni-türk münasibətlərinin yaxşılaşmasına dəstəyini bildirəcək. "Bu kontekstdə Obamanın bu prosesi dayandırmaq üçün nəsə edəcəyi inandırıcı deyil", - o bildirib.
ABŞ tərəfindən ermənilərin "soyqırım"ının tanınması faktı isə, onun fikrincə, şübhəsiz ki, türk hökuməti tərəfindən ciddi narazılığa səbəb olacaq.
"Obamanın Türkiyəyə səfərinə "erməni məsələsi" prizmasından baxmaq məntiqsizdi, çünki onun dünya miqyasındakı çəkisi çox kiçikdir", - Abbasov hesab edir. "Məhz bu səbəbdən bu məsələ taktiki rejimdə mövsümi şəkildə, daha dəqiq desək, apreldən aprelə gündəmə gətirilir", - ekspert bildirib.
Materialın hazırlanmasında iştirak edib R.Hafizoğlu.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Eyfel qülləsi 16 dekabrdan ziyarət üçün açıq olacaq
Eyfel qülləsi 16 dekabrdan ziyarət üçün açıq olacaq
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı
Loading Bars
Xəbər lenti
Almaniyada karantin yanvarın 10-na qədər uzadıla bilər
UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna yekun vurulub
Fransanın sabiq prezidenti Jiskar d'Esten vəfat edib
Ötən sutka Moskvada koronavirusdan 73 nəfər ölüb
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı başa çatıb (FOTO)
Türkiyədə əhalinin COVİD-19-a qarşı vaksinasiya ediləcəyi tarix müəyyənləşib
Britaniyada sutka ərzində 16 mindən artıq koronavirusa yoluxma qeydə alınıb
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri dekabrın 3-ü açıqlanacaq
Çilidə güclü zəlzələ baş verib
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Firdovsi Umudov iki gözünü itirən qazini ziyarət etdi (VİDEO)
Yerevanda etirazçılar Paşinyanın istefasını tələb edirlər (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 414 mini keçib
Hazırkı vəziyyət onu deməyə əsas verir ki, karantin qaydaları sərtləşdirilməlidir - Mütəxəssis
Xəzər dənizində zəlzələ oldu
Azərbaycan balıqçılığın inkişafı üçün azad edilmiş ərazilərin potensialından istifadə edəcək
Doğum və ölüm haqqında elektron şəhadətnamələrin formaları təsdiqlənib
Azərbaycanın qeyri-dövlət sektoru üzrə ixracında “SOCAR Polymer” liderlik edir
Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması qaydası təsdiqləndi
Türkiyənin İƏT üzv ölkələrinə ixracı azalıb
Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın “Milli Könüllülük Şəbəkəsi” arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)
Ədliyyə naziri torpaqlarımızın işğaldan azad olunması ilə bağlı xarici həmkarlarına müraciət edib
Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsi dayandırılıb
Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
"Təmiz şəhər" ASC 285 min manata yaxın məbləğdə müqavilə imzalayıb
17 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - İqtisadiyyat Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib (FOTO)
Sülhməramlı kontingent üçün gətirilən növbəti maddi-texniki təminat vasitələri təyinat məntəqəsinə çatdırılıb (FOTO/VİDEO)
Azərbaycanda əlilliyi olan şəxslər sosial müdafiə, reabilitasiya, məşğulluq tədbirləri ilə əhatə olunublar
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı
Braziliya Federal Senatının birinci vitse-prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb
Kazanda 6-cı İƏT Gənc Sahibkarlar Forumu keçirilib (FOTO)
Poltava universitetində fəaliyyət göstərən Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib (FOTO)
Tibbi maskadan istifadə etməyən 747 sərnişin cərimələnib (FOTO)
Bakıda məhkuma göndərilən ayaqqabıdan heroin çıxdı
5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
“AzerGold” Azərbaycanın dövlət sektoru üzrə ixracında liderlər sırasında yer alıb
Azərbaycan beynəlxalq birgə iclasda təmsil olunub
Ali Baş Komandan prinsipiallıq nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib (FOTO)
Vətən Müharibəsindəki qardaşlar: Yaralansalar da döyüşə geri qayıtdılar (FOTO)
Livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edildi (VİDEO)
Dekabrın 3-də manatın dollara qarşı məzənnəsi
Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Prezident İlham Əliyevi təbrik edib
Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir
Biləcəri bələdiyyəsinin sədri koronavirusdan öldü
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu (FOTO)
Ermənistanda Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb
Azərbaycan ilk gündən pandemiyaya yalnız qlobal həmrəyliklə qalib gəlməyin mümkünlüyü mesajını dünyaya ünvanladı - Vüqar Rəhimzadə
Azərbaycanla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir - Hulusi Akar
44 günlük müharibədə Ermənistanın 30 ildir qurduğu ordusu darmadağın edildi - Hərbi ekspert
"Azərişıq" ASC-nin 5 əməkdaşı Vətən Müharibəsində şəhid olub, 17 nəfər yaralanıb
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
Azərbaycanda uşaq müdafiə mexanizmi təkmilləşdiriləcək - Dövlət Komitəsi
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq
PAŞA Bankdan kiçik və orta bizneslər üçün hədiyyəli kampaniya
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə start verilir
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Deputat Naqif Həmzəyev seçicilərin qayğıları ilə tanış olub (FOTO)
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov UNESCO-nun Baş katibinə müraciət ünvanlayıb
Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi
Qarabağla bağlı UNESCO-ya müraciət edən Rusiya mədəniyyət xadimləri Azərbaycana dəvət edildi
Türkiyədə karantin qaydaları sərtləşdirildi - Evdə qonaqlığa görə cərimə
“Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan şəxs tutulub (VİDEO)
Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti
“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verdi (FOTO)
Yelo Bank fərdi sahibkarlara dəstəyini davam etdirir (FOTO)
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar
Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov
TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib
Ölkəmizin tarixində yeni dövr başlayır, mühüm tarixi proseslərin əsası qoyulur - Deputat
Sərt karantin rejimi qaçılmaz ola bilər – TƏBİB
Vaksin olmadığından qoruyucu tədbirlərə diqqət etməliyik - Akif Qurbanov
TƏBİB koronavirusdan evdə müalicə olunanlara xəbərdarlıq edib
İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
Laçının işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür - Vitse-spiker
Sərt tədbirlərə mütləq əl atılmalıdır, xəstəxanalarda yer qalmayacaq - XƏBƏRDARLIQ
Ceyhun Bayramovun özbəkistanlı həmkarı ilə telefon danışığı olub
COVİD-ə qarşı spesifik dərman və vaksin yoxdur - RƏSMİ
Laçın rayonunun Qarıqışlaq kəndi (VİDEO)
20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır - Adil Allahverdiyev
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
Azərbaycanda bu insanlar koronavirusu ağır keçirir - TƏBİB
“Təmiz Sumqayıt” ekoloji layihəsinə start verilir
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı
Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli" layihəsindən gəlirlərini açıqlayıb
Belarus, Qırğızıstan və Qarabağdakı hadisələr KTMT məkanındakı vəziyyəti çətinləşdirdi - Putin
Azərbaycanda 3 942 nəfər COVID-19-a yoluxub, 2 265 nəfər sağalıb, 37 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib (FOTO)
“Ziraat Bank Azərbaycan” Yığım Əmanəti məhsulunu təqdim edir
Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayılıb (VİDEO)
Koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslərin sayı açıqlanıb
İlahiyyat İnstitutu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə vebinar keçirilib (FOTO)
Bütün xəbərlər