...

Şimali Koreya raket buraxarsa ona qarşı lazımi tədbirlər görüləcək – ABŞ Prezidenti

Siyasət Materials 3 Aprel 2009 18:00 (UTC +04:00)

Fransa, Strasburq, 03 aprel / Trend , müxbir A.Məhərrəmli /

Şimali Koreya raket buraxarsa ona qarşı lazımi tədbirlər görüləcək. Bu sözləri Amerika Prezidenti Barak Obama Fransa Prezidenti Nikolya Sarkozi ilə cümə günü Strasburqda keçirdiyi mətbuat konfransında deyib.

"Biz Şimali Koreyaya raketin buraxılmasının bir provokasiya olduğunu və onun Altılar formatında danışığına çoxlu çətinliklər yaradacağını demişik. Şimali Koreya bu məqsədindən imtina etməlidir", - deyə prezident bildirib.

Onun sözlərinə görə, bunu təkcə ABŞ deyil, eləcə də Yaponiya, Rusiya, Çin də deyir.

"Əgər Şimali Koreya raket buraxarsa biz aidiyyəti olan bütün tərəflərlə lazımi tədbirləri görəcəyik və ona cəzasızlıq şəraitində digər ölkələrin təhlükəsizliyini təhdid etməməyi başa salacağıq", - Obama bildirib.

Xəbər lenti

Xəbər lenti