...

Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur - Azərbaycan prezidenti

Siyasət Materials 28 Aprel 2009 21:42 (UTC +04:00)
Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur - Azərbaycan prezidenti

Brüsseldə  səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə danışıqların yekununa dair birgə mətbuat konfransı keçiriblər. Bu haqda xəbəri AzərTac dövlət agentliyi yayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyon insan məcburi köçkünə və qaçqına çevrilib, torpaqlarımızda etnik təmizləmə siyasəti aparılıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur.

Sonra prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu kütləvi informasiya vasitələrinin nümayəndələrinin suallarına cavab veriblər.

Xəbər lenti

Xəbər lenti