Pakistan ordusu Svat dərəsində 143 talibançını məhv edib
Pakistan Silahlı Qüvvələri son 24 saat ərzində Svat dərəsində "Taliban" qruplaşmasının 143 üzvünü öldürdüyünü bildirib. Bu barədə Türkiyənin Cihan xəbər agentliyi məlumat yayıb.
Pakistan Silahlı Qüvvələrinin sözçüsü general-mayor Athar Abbas Ravalpin şəhərində keçirdiyi mətbuat konfransında bildirib ki, İslamabadın şimal-qərbində "Taliban" qruplaşmasına qarşı hərbi əməliyyatlar davam edir.
Svat və Malakənd regionları "Taliban" üzvləri tərəfindən işğal olunub. Pakistan hakimiyyəti bu regionlarda taliblərin İslam şəriəti qanunları əsasında idarə olunmasına razılıq verib.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri