Azərbaycan, Bakı, 18 may / Trend , müxbir K. Zərbalıyeva /
Bakı polisi qanunsuz dövriyyədən külli miqdarda narkotika çıxarıb.
Bakı Şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupu və 39-cu polis bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 49 yaşlı Məhərrəmov Məmməd Paşa oğlundan 3 kiloqram 25 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Daxili işlər orqanları tərəfindən ötən il qanunsuz dövriyyədən 651 kiloqramdan artıq (2007-ci illə müqayisədə 1,9 dəfə çox) narkotik vasitə götürülüb və 159 kq-a yaxın narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 2271 nəfərdən 2085-i (91,8%) əmək qabiliyyətli işləməyən və oxumayan, 530-u (23,4%) əvvəllər cinayət törətmiş şəxs, 57-i (2,5%) qadın, 5-i (0,2%) yetkinlik yaşına çatmayan şəxs olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]