Gürcüstan, Tbilisi, 25 may / Trend , müx N.Kirsxalia /
Tbilisidə səfərdə olan NATO Baş katibinin Mərkəzi Asiyada və Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Robert Simons qeyd edib ki, Tbilisidə müxalifətin etiraz aksiyaları səbəbindən nəqliyyatın hərəkəti çətinləşib.
Gürcüstan XİN-də brifinq zamanı o bildirib ki, Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşündə ölkədəki daxili-siyasi vəziyyət müzakirə obyekti olub.
"Mən öz gözlərimlə görmüşəm ki, küçələrdə məhdudiyyət mövcuddur və hərəkət çətinləşib. Lakin eyni zamanda müşahidə etmişik ki, hakimiyyətin buna reaksiyası və yanaşması müsbətdir. Demək olar ki, biz Gürcüstan rəhbərliyinin bu reaksiyasından razıyıq", - Simons bildirib.
Onun fikrincə, yaranmış vəziyyətdən çıxış tərəflər arasında dialoqun aparılmasıdır.
Məqalə müəllifi ilə əlaqə: [email protected]