...

Tbilisidə qazdoldurma məntəqəsində partlayış baş verib

Siyasət Materials 29 May 2009 18:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 may / Trend , müxbir N. Kirtsxaliya /

Cümə axşamı Tbilisinin Varketili - 3 deyilən hissəsində birinci mikrorayonda "Cip" markalı avtomobilin qazla doldurulması zamanı partlayış baş verib. Sürücü və yanacaqdoldurma stansiyasının əməkdaşı yaralanıb.

Partlayış nəticəsində yaranmış yanğının qarşısı alınıb. Yaralananlar yanıq mərkəzinə çatdırılıb.

Partlayışın səbəbləri hələ ki, məlum deyil. Partlayışın texniki nasazlıq və təhlükəsizlik normalarının pozulması üzündən başvermə ehtimalı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti