...

Azərbaycanın milli bayramı ilk dəfə olaraq Maltada qeyd ediləcək

Siyasət Materials 9 İyun 2009 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir S.Ağayeva /

"Azərbaycanın milli bayramı - Respublika günü ilk dəfə olaraq Maltada da qeyd olunacaq", - çərşənbə axşamı Trend -a Emil Kərimov, iqamətgahı Romada olan, Azərbaycanın Maltadakı səfiri məlumat verib.

"Bu gün səfirlik tərəfindən təşkil olunacaq mərasimdə Malta Prezidenti Corc Abela, həmçinin baş arxiyepiskop, parlamentin spikeri və hökümət üzvləri iştirak edəcəklər", - Maltadan telefonla səfir xəbər verib.

Mərasimdə respublikaya həsr olunmuş videoçarx nümayiş etdiriləcək. Qonaqlara paylanmaq üçün xüsusi suvenirlər hazırlanıb.

Azərbaycan və Malta diplomatik münasibətləri 1995-ci ilin yanvarında qurublar. Azərbaycanın İtalayadakı Fövqəladə və Səlahiyyətli səfiri eyni zamanda Maltadakı səfir vəzifəsinə də təyin olunub.

Xəbər lenti

Xəbər lenti