...

Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlər var – ABŞ dövlət katibinin köməkçisi

Siyasət Materials 11 İyun 2009 17:33 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlər var – ABŞ dövlət katibinin köməkçisi

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir Y.Оstapenko /

"Mən inanıram ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq və bu sahədə müəyyən irəliləyişlər var", - cümə axşamı Bakıda, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon jurnalistlərə deyib.

Onun sözlərinə görə, tərəflər arasında münaqişənin həlli üzrə "baza prinsipləri" ətrafında anlayış mövcuddur.

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət yetirir və hazırda regionda münaqişənin həllinin irəlilədilmə imkanı var. Bundan bütün tərəflər qazana bilər", - Qordon bildirib.

"ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin konstruktiv dialoqunu dəstəkləyir", - Qordon qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Regional səfər çərçivəsində Qordon bu gün Azərbaycana gələrək ölkənin rəsmi şəxsləri ilə danışıqlar aparıb.

Bakıya gəlməzdən əvvəl Qordon Ermənistan və Gürcüstanda olub.

Bu, Qordonun mayın 15-də tutduğu yeni vəzifədə regiona ilk səfəridir. Əvvəllər o, Vaşinqtondakı Brukinqs İnstitutunun ABŞ və Avropanın xarici siyasət xətti üzrə aparıcı elmi işçi vəzifəsində çalışıb. Buna qədər isə o, ABŞ-ın milli təhlükəsizlik şurasında Avropa məsələləri üzrə məsul şəxs olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti