...

Türkiyə və Azərbaycan diasporlarını gücləndirməlidir – səfir

Siyasət Materials 12 İyun 2009 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir Ü.Sadıxova /

"Türkiyə və Azərbaycan diasporlarını gücləndirməlidir", - deyə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib.

"Erməni "soyqırımı" problemi arxasında erməni lobbisi, ABŞ və Avropanın erməni diasporu durur. Azərbaycan və Türkiyə iş adamları da belə bir diasporun yaradılmasına sərmayə qoymalıdırlar. Biz diasporlarımızın gücünü birləşdirməliyik", - deyə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çıxış edən Kılıc jurnalistlərə bildirib.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin kəsilməsi və sərhədlərin 1993-cü ildə bağlanmasının səbəbləriYerevan tərəfindən "erməni soyqırımı" iddialarının qəbul etdirilməsi ilə bağlı aparılan antitürk kampaniyası və Azərbaycanın 20% torpaqlarının Ermənistan tərəfindən işğalı, eyni zamanda erməni tərəfinin Türkiyədəki Anadoluya qarşı ərazi iddiası ilə bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti