...

Gürcüstan XİN Belarus və Azərbaycanın öz vətəndaşlarını gürcü qanunlarına riayət etməyə çağırmasını alqışlayır

Siyasət Materials 27 İyul 2009 14:43 (UTC +04:00)
Gürcüstan tərəfi Belarus və Azərbaycanın öz vətəndaşlarını ölkəyə daxil olarkən gürcü qanunlarına riayət və hörmət etməyə çağırmasını alqışlayır.
Gürcüstan XİN Belarus və Azərbaycanın öz vətəndaşlarını gürcü qanunlarına riayət etməyə çağırmasını alqışlayır

Gürcüstan, Tbilisi, 27 iyul / Trend , müxbur N.Kirtsxaliya /

Gürcüstan tərəfi Belarus və Azərbaycanın öz vətəndaşlarını ölkəyə daxil olarkən gürcü qanunlarına riayət və hörmət etməyə çağırmasını alqışlayır.

"Belarus XİN öz vətəndaşlarını Gürcüstanda - işğal olunmuş, yaxud digər ərazilərin olmasından asılı olmayaraq - olanda gürcü qanunlarına riayət etməyə və sərhədi leqal formada keçməyə çağırıb. Əks halda, onlar sanksiyalardan qaça bilməyəcəklər", - bu gün brifinqdə Gürcüstan XİN rəhbərinin müavini David Calaqoniya deyib.

"Bu, Belarusun cəsarətli və ədalətli qərarı idi", - deyə Calaqoniya qeyd edib ki, analoji müraciəti Azərbaycan da öz vətəndaşlarına edib.

"Bu ölkə (Azərbaycan) - bizim tərəfdaşımız və mehriban qonşumuzdur, ondan başqa münasibət gözləyə də bilməzdik. Bu, dostcasına, düzgün və beynəlxalq hüquqa əsaslanan qərardır", - nazir müavini deyib.

Calaqoniya bu iki ölkənin atdığı addımı digər ölkələrin də təkrarlayacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti