...

Azərbaycanın solçu partiyası təhsil haqlarının azaldılmasını təklif edir

Siyasət Materials 21 Avqust 2009 17:16 (UTC +04:00)
"Özəl səhiyyə və təhsil müəssisələrində tətbiq edilən qiymət və tariflər həddindən artıq yüksəkdir. Tariflər həmin müəssisələrin sahibləri və rəhbərləri tərəfindən nizamsız şəkildə elan olunur və şişirdilir. Həmin indekslər tez-tez əsassız şəkildə və ardıcıl olaraq yüksəlməyə doğru dəyişdirilir", - Trend News-un məlumatına görə, cümə günü AXSP-nin müraciətində deyilir.
Azərbaycanın solçu partiyası təhsil haqlarının azaldılmasını təklif edir

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) özəl səhiyyə və təhsil müəssisələrində tariflərin nizamlanmasını təklif edir.

"Özəl səhiyyə və təhsil müəssisələrində tətbiq edilən qiymət və tariflər həddindən artıq yüksəkdir. Tariflər həmin müəssisələrin sahibləri və rəhbərləri tərəfindən nizamsız şəkildə elan olunur və şişirdilir. Həmin indekslər tez-tez əsassız şəkildə və ardıcıl olaraq yüksəlməyə doğru dəyişdirilir", - Trend -un məlumatına görə, cümə günü AXSP-nin müraciətində deyilir.

Partiya özəl səhiyyə və təhsil müəssisələrinin bu qiymət və tarif qərarlarının vətəndaşlar, xüsusilə də aztəminatlı və orta təbəqələr tərəfindən haqlı narazılıqla qarşılandığını bildirir. "Özəl səhiyyə və təhsil müəssisələrinin qiymət və tariflərinin süni artımı dövlət tərəfindən nizamlanmalı və indekslərə iqtisadi və maliyyə cəhətindən əsaslandırılmış yuxarı bir hədd təyin olunmalıdır. Bu əsaslandırılmış məhdudiyyət həmin müəssisələrin bütün növ xidmətlərinə aid edilməlidir", - müraciətdə deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti