Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir Y.Ostapenko /
Əfqanıstandakı seçkilər əfqan xalqının və demokratiyanın qələbəsidir. Avropa İttifaqının xarici əlaqələr və qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdner belə hesab edir, Aİ-nin rəsmi məlumztında deyilir.
"Çətinliyə və hədələrə baxmayaraq, əfqan xalqı səs vermək qərarına gəldi və öz iradəsini ifadə etdi. Aydın görünür ki, bu, əfqan xalqının və demokratiyanın qələbəsidir", - Valdner deyib.
Demokratiya birdəfəlik tədbir yox, prosesdir. Valdnerin sözlərinə görə, Aİ Komissiyası Əfqanıstanda stabilliyi və demokratiyanı tam dəstəkləyir, bu ölkədəki proseslərdə iştirakını davam etdirəcək.
Əfqanıstanda cümə axşamı keçirilən prezident seçkilərinə yekun vurulur. Terrorçuların çoxsaylı hədələrinə baxmayaraq, seçkilərdə gözlənildiyindən çox insan iştirak edib.
Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 50-55 faizi iştirak edib, Trend -a daha əvvəl müstəqil seçki komisiyasının vitse-prezidenti Davud Nəcəfi məlumat verib.
Hazırkı prezident seçkiləri ABŞ-ın Əfqanıstanda 2001-ci ildə başlayan hərbi əməliyyatlarından sonra ikincidir. Birinci demokratik seçkilər 2004-cü ildə keçirilib. O zaman hakimiyyətə hazırkı prezident Həmid Karzai gəlib.
Hazırkı seçikilərdə 40-a yaxın namizəd iştirak edib. Dövlət rəhbəri postuna əsas rəqiblər fəaliyyətdə olan dövlət başçısı Həmid Kərzai, keçmiş XİN rəhbəri Abdulla Abdulla və keçmiş maliyyə naziri Əşrəf Qəni Əhmədzi hesab olunurdu.
"Hazırda əfqan hökuməti qarşısında seçkilərin yekunları üzrə işi açıq şəkildə aparmaq və seçilmiş namizədin adını elan etmək vəzifəsi durur", - Valdner deyib.
"Ümid edirəm ki, bütün namizədlər ağıllı hərəkət edərək seçkilərin nəticələrinə hörmət göstərəcəklər və daha yaxşı gələcək üçün işə sədaqətlərini ifadə edəcəklər, - Valdner deyib. - İstənilən etiraz hüquqi normalarla əsaslandırılmalıdır və müəyyən edimiş prosedurlar üzrə irəli sürülməlidir".
Yekun nəticələr tələb və şikayətlər üzrə komissiyanın işinin yekunlaşmasından sonra elan ediləcək. Sentyabrın 17-də MSK seçkilərin nəticələrini elan edəcək. Namizədlərdən heç biri seçicilərin səslərinin əksəriyyətini toplamasa (səs verənlərin sayının 50+1%-i), həmin gün səsvermənin ikinci mərhələsinin vaxtı elan ediləcək.
Aİ komissarı seçki prosesində iştirak edən, "öz səyləri və cəsarəti ilə bu seçkiləri mümkün edən" hər kəsə minnətdarlığını bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]