...

Azərbaycan Prezidenti İtaliya səfirini qəbul edib

Siyasət Materials 9 Sentyabr 2009 18:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İtaliyanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Can Luici Maşanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Azərbaycan Prezidenti İtaliya səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İtaliyanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Can Luici Maşanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı ölkələrin gələcək illərdə də uğurla əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib. Prezident Maşanın ölkədə səfir kimi fəaliyyəti dövründə Azərbaycan-İtaliya ikitərəfli əlaqələrinin inkişafı işinə öz töhfəsini verdiyini qeyd edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Səfir İtaliyanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini vurğulayıb, ölkələr arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib. Can Luici Maşa Prezident İlham Əliyevə onun səfir kimi fəaliyyətinə verdiyi yüksək qiymətə görə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti