...

Azərbaycan və Litva bir sıra dövlətarası müqavilələr imzalacaq - Litva Seyminin sədr müavini

Siyasət Materials 27 Sentyabr 2009 00:16 (UTC +04:00)
Litvanın Kənd Təsərrüfatı Naziri Kazimeras Starkyaviçyusun oktyabrda Azərbaycana ğözlənilən səfəri zamanı iki dövlət arasında bir sıra müqavilələr imzalanacaq. Bu sözləri Azərbaycana səfəri çərçivəsində bu gün Lənkəranda olan Litva Seyminin sədr müavini Çeslovas Stankeviçus jurnalistlərə müsahibəsində bildirib.
Azərbaycan və Litva bir sıra dövlətarası müqavilələr  imzalacaq - Litva Seyminin sədr müavini

Azərbaycan, Bakı, 26 sentyabr / Trend muh. P.Əliyevə/

Litvanın  Kənd Təsərrüfatı Naziri Kazimeras Starkyaviçyusun oktyabrda Azərbaycana ğözlənilən  səfəri zamanı iki dövlət arasında bir sıra müqavilələr  imzalanacaq. Bu sözləri  Azərbaycana səfəri çərçivəsində bu gün Lənkəranda olan Litva Seyminin sədr müavini Çeslovas Stankeviçus jurnalistlərə müsahibəsində bildirib.

"Azərbaycan Parlamenti ilə əməkdaşlığı  davam etdirərək bir sıra Avropa layihələrini birgə həyata keçirəcəyik. Bu da Azərbaycanın Avropa İttifaqına yaxınlaşmasına böyük köməklik göstərəcək," - o, dedi.

Çeslovas Stankeviçin  rəhbərlik etdiyi nümayəndə heyəti öncə Lənkəran şəhər İcra hakimiyyətində olub. Görüş zamanı Lənkəran şəhər  icra hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonun mövcud potensialı haqqında qonaqlara ətraflı məlumat verdi. Qeyd olundu ki, Lənkəran cənub bölgəsinin mərkəzi olmaqla yanaşı, investisiya qoymaq üçün ən əlverişli məkandır. Çeslovas Stankeviçus isə bildirdi ki, ölkəsi Lənkəranda kənd təsərrüfatı və turizm sahəsinə investisiya qoymaqda maraqlıdır. O, həmçinin Lənkəranlı sahibkarları Litvaya investisiya qoymağa dəvət etdi. "Bizim dövlət bu regionla əməkdaşlıq etməkdə maraqlıdır. Çünki, buranın kənd təsərrüfatı məhsulları və meyvələri çox məşhurdur. Biz öz ölkəmizin həm rəhbərliyinə, həm də sahibkarlarına məsləhət görəcəyik ki, bura gəlsinlər və ehtiyac olan sahələrə investisiya qoysunlar," - o, dedi.

Xəbər lenti

Xəbər lenti